• Şb. Noy 30th, 2024

Azərbaycanın tarixi missiyası: Münasibətlərdə dönük, siyasətdə xəyanətkar ermənilərə verilən dərs – ŞƏRH

ByYenigun.news

Sen 20, 2023


“İstər fərd olsun, istər dövlət, istərsə də millət tarix boyu dönüklüyün və xəyanətin cəzasını çəkiblər. Elə bu gün ermənilərin çəkdiyi kimi. Dönüklüyü özünə peşə edən bu etnos tarixdə yaşadıqlarından və aldıqları cəzadan heç bir dərs almayıblar. Bu etnosun xəyanəti ilə bağlı bir neçə tarixi fakta diqqət edək. Xilafətin güclü olduğu bir zamanda onlardan istifadə edən ermənilər alban kilsəsini özünə tabe edir və beləliklə, Albaniya ərazisində oturuşaraq alban türklərinə qarşı öz düşmənçilik missiyalarını zaman-zaman yerinə yetirməyə səy göstərirlər. Xilafətin zəiflədiyi bir zamanda erməni xəyanətinə bələd olan bizanslılar erməni kilsəsini məhv etmək məqsədi ilə kütləvi qırğınlara əl atırlar. Lakin bu dəfə ermənilər məhv olmadan xilas olmaq, qorunmaq üçün o zamanlar supergüc kimi meydana atılan Səlcuq imperiyasının qoltuğuna sığınır, amma sonradan onlara da xəyanət edirlər. Osmanlı imperiyasında xidmət yerini tapan bu etnos Osmanlı imperiyasının zəiflədiyini hiss edincə öz çirkin vərdişlərini təkrarlayaraq dünyada güc sahibi kimi özünü göstərməyə başlayan Qərb dövlətlərinə (elə bugünkü kimi) və çar Rusiyasına üz tuturlar. Vətəndaşı olduqları dövlətə qarşı satqınlıq və xəyanət edən ermənilər bir-birilərinin ardınca Qərb və rus imperatorlarının qapısı ağzında oturur, ətəklərindən yapışır, onlardan əl çəkmirlər. Osmanlı sultanlığına Birinci Dünya müharibəsi dönəmində xəyanət edən bu etnos layiqli cəzasını alır, ancaq bunu özünə soyqırımı kimi dəstəvuz edib bu günə qədər Avropa qapılarında dilənirlər”.

AZƏRTAC xəbər verir ki, bu sözləri Milli Məclis sədrinin müavini Fəzail İbrahimli söyləyib.

F.İbrahimli bildirib: “Növbəti xəyanət ünvanı isə 30 il arxasında durub, Azərbaycan torpağının işğalına rəvac verən öz ağasına qarşı oldu. Bu gün isə babaları kimi yeni ağa axtarışına çıxıb üzünü Avropaya çeviriblər. Məhz bu saydıqlarımız ermənilərin tarix boyu elədikləri hərəkətdir. Yəni, kim güclüdürsə onun xidmətində durub məqsədə çatmaq. Ancaq bu da axıra qədər heç vaxt baş tutmur. Erməni ikiüzlülüyünün min rəngi, min çaları var. O, hər yerdə fərqli şəkildə, amma həmişə eyni məqsəd və məramla özünü göstərir – məskunlaşdıqları ərazilərdə yerli xalqlara qarşı nifrət və kənar güclərə yarınmaq üçün təbəəsi olduğu dövlətə qarşı xəyanət etmək. Amma bu dəfə xəyanət və kiməsə yarınaraq xəstə iddialara düşmək ermənilərə baha başa gəlir. Fransanın, ABŞ-nin və başqalarının himayədarlığından ruhlanan ermənilər üç il əvvəlki biabırçı məğlubiyyəti unudaraq yenidən hərbi və siyasi təxribatlara əl atırdılar. Bir tərəfdən sülh danışıqları gedir, digər yandan separatçılar, qeyri-qanuni silahlı dəstələr bölgədə hərbi terror törədir ki, bu, normal vəziyyət hesab edilə bilməzdi. Nəzərə alınmalıydı ki, Azərbaycanın da səbrinin həddi bir yerə qədərdir. Azərbaycan Prezidenti İlham Əliyev dəfələrlə bəyan etmişdi ki, qanunsuz silahlılar oradan çıxarılmalıdır, Qarabağda Azərbaycanın suveren hüquqları tam bərpa edilməlidir. Danışıqlardan anlamayan, sülh prosesini pozan separatçı ünsürlər Azərbaycan üçün başqa yol qoymadılar. Son olaraq bir gündə erməni diversiya qruplarının törətdiyi mina terroru nəticəsində polis əməkdaşlarının və mülki şəxslərin həlak olması Azərbaycanın səbrini daşırdı və antiterror tədbirlərinə start verildi”.

Ermənistanın məğlub ölkə libasında imza atdığı Üçtərəfli Bəyanatın müddəalarına məhəl qoymamasının, hərbi təxribatlarını davam etdirməsinin, işğaldan azad edilmiş ərazilərimizdə bərpa-quruculuq işlərinə ciddi şəkildə mane olmağa çalışmasının antiterror tədbirlərini labüd etdiyini diqqətə çatdıran Milli Məclis sədrinin müavini Azərbaycanın növbəti dəfə beynəlxalq qanunların təminatını öz gücünə həyata keçirdiyini vurğulayıb.

O deyib ki, xalqımız Müzəffər Ali Baş Komandanın və qəhrəman Ordumuzun yanındadır. Bu birlik qarşısında heç bir qüvvə dayana bilməz. Qısa müddət ərzində düşmənə gücümüzü yenidən göstərdik və onlar lazım olan dərsi aldılar. Azərbaycan hakimiyyətinin Qarabağ bölgəsində yaşayan erməni sakinlərin nümayəndələri ilə Yevlax görüşünü rədd edən separatçılar yalvarışla atəşkəsə nail olub bu görüşə gəlirlər. Bu təklif, əslində, rəsmi Bakının vəziyyətin gərginləşməsində maraqlı olmadığını, lakin erməni separatçıların cinayətkar əməllərində israr edəcəkləri təqdirdə, antiterror tədbirlərinin sona çatdırılmasında nə qədər qətiyyətli olduğunu açıq şəkildə göstərir. Separatçılara himayədarlıq edənlər, onları qızışdıranlar da bəllidir. Amma artıq hər kəs anlamalıdır ki, Azərbaycan müstəqil dövlətdir və hansısa qüvvə Azərbaycan Ordusunun hüququndan istifadəsinin qarşısını ala bilməz. Bölgədə sülh və sabitliyə nail olmağın yeganə yolu erməni silahlı qüvvələrinin Azərbaycanın Qarabağ bölgəsindən qeyd-şərtsiz və tamamilə çıxarılması, qondarma rejimin buraxılmasıdır ki, Azərbaycan buna da nail oldu. Ölkəmiz yüz illərdir xəyanəti və riyakarlığı ilə Qafqazda savaş ocağı yaradan Ermənistana lazımi dərsi verdi.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir