“Türkiyənin zəlzələ baş verən bütün ərazilərində nümayəndələrimiz var və səfirliyimiz 24 saatlıq iş rejimi ilə fəaliyyət göstərir”.
Bu fikirləri “Report”un Qaziantepə ezam olunan əməkdaşına açıqlamasında Azərbaycanın Türkiyədəki səfiri Rəşad Məmmədov deyib.
Səfirin sözlərinə görə, əməkdaşları Türkiyənin Fövqəladə Halların İdarə Olunması Agentliyi (AFAD) ilə birgə çalışır:
“Onlar müəyyənləşdirirlər ki, harada ehtiyac var və qrup şəklində ünvanlara göndərilir. Zəlzələ baş verən ərazilərdə qalan azərbaycanlılar təyin olunaraq sənədləşdirilərək Vətənə təxliyə olunurlar”.