Azərbaycanın Xarici İşlər Nazirliyi Qarabağdakı qondarma seçkini pisləyən ölkələrə və təşkilatlara təşəkkür edib.
Bununla bağlı Xarici İşlər Nazirliyinin Mətbuat Xidməti Idarəsinin rəhbəri Ayxan Hacızadə “X” sosial şəbəkəsindəki hesabında yazıb.
“Türkiyə XİN, Moldova XİN, Ukrayna XİN, Pakistan XİN, İslam Konfransı Təşkilatı, Türk Dövlətləri Təşkilatı, Avropa Xarici Fəaliyyət Xidməti, Böyük Britaniyanın Azərbaycandakı səfiri, Qarabağ bölgəsində keçirilən qanunsuz “seçkini” pisləməklə bağlı mövqeyinizi yüksək qiymətləndiririk”, – Ayxan Hacızadə sosial şəbəkə hesabında qeyd edib.
We appreciate your stance of condemnation of illegal “elections” in Garabagh region #Azerbaijan:@MFATurkiye @MoldovaMFA @MFA_Ukraine @ForeignOfficePk @Turkic_States @eu_eeas @OIC_OCI @FergusAuldFCDO
We hope others will stand too for protection of norms and principles of IL. pic.twitter.com/KAoC8jZjjU
— Aykhan Hajizada (@Aykhanh) September 10, 2023