• Bz. Noy 24th, 2024

Azərbaycanlı səyyah: “Qarabağı, onun keçmişini və bu gününü dünyaya tanıtmaq lazımdır”

ByYenigun.news

Noy 4, 2023


“Beynəlxalq səyyahlardan ibarət nümayəndə heyətinin Qarabağa səfərlərinin əsas məqsədi burada baş verənləri dünyaya göstərmək, regionla bağlı həqiqətlərin üzə çıxarılmasına kömək etməkdir”.

“Report”un Şuşaya ezam olunmuş əməkdaşı xəbər verir ki, bu barədə jurnalistlərə bugünkü səfərin təşkilatçılarından biri, tanınmış azərbaycanlı səyyah Mehrac Mahmudov deyib.

O bildirib ki, İkinci Qarabağ müharibəsində qələbədən və əvvəllər işğal altında olan ərazilər azad edildikdən sonra regionda böyük dəyişikliklər baş verib, tikinti-bərpa işlərinin sürəti daha da artıb:

“Qarabağı dünyaya tanıtmaq üçün regiona turist axınının inkişaf etdirilməsi vacibdir”.

Qeyd edək ki, İkinci Qarabağ müharibəsində qazanılan qələbənin üçüncü ildönümü ərəfəsində 26 ölkəni təmsil edən beynəlxalq səyyahlar qrupunun Qarabağa və Şərqi Zəngəzura səfəri başlayıb.

Məşhur səyyah və “NomadMania” beynəlxalq səyahətçilər klubunun rəhbəri Harri Mitsidisin başçılıq etdiyi 50 nəfərlik qrupa ABŞ, Kanada, İsveçrə, Böyük Britaniya, Danimarka, Almaniya, Avstriya, Polşa, Finlandiya, Norveç, İspaniya, Macarıstan, Rumıniya, Portuqaliya, Sinqapur, Avstraliya və digər ölkələrdən olan səyyahlar daxildir.

Səyyahlar noyabrın 4-dən 6-dək Azərbaycanın azad edilmiş ərazilərində Füzuli-Xocavənd-Şuşa-Kəlbəcər-Laçın-Zəngilan-Cəbrayıl-Ağdam marşrutu üzrə səfər edəcəklər.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir