• Ça. Noy 26th, 2024

Azərbaycanlı tələbələr beynəlxalq film festivalının qalibi olublar – FOTO

ByYenigun.news

Okt 2, 2023


Azərbaycanlı tələbələr Özbəkistanda keçirilən XV Daşkənd Beynəlxalq Film Festivalının qalibi olublar.

Mədəniyyət Nazirliyindən verilən məlumata görə, tədbirə dünyanın 52 ölkəsindən, o cümlədən Azərbaycandan 500-dən çox kinematoqrafçı, tanınmış aktyorlar, rejissorlar, operatorlar, kino sahəsinin tanınmış simaları qatılıblar.

Mədəniyyət Nazirliyinin rəsmi nümayəndələrinin də iştirak etdikləri “İpək Yolunun mirvarisi” Daşkənd Beynəlxalq Film Festivalında “Beş günə film” qısametrajlı film beynəlxalq müsabiqəsi elan olunub.

Müsabiqədə Azərbaycanı Dövlət Mədəniyyət və İncəsənət Universitetinın tələbələri, rejissor Şirin Əhmədli, operator Yusif Qasımlı təmsil ediblər.

Müsabiqənin şərtlərinə uyğun olaraq, beş gün ərzində “Yüz addım” qısametrajlı filmi çəkilib və birinci yerə layiq görülüb.

Müsabiqənin 3 000 dollar məbləğındə əsas pul mükafatı gənc sənətçi-tələbələrə təqdim edilib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir