Gəncədə doğulan, üç yaşında Moskvada ayaqlarını itirən və İstanbulda uğurlu həyatı ilə nümunəyə çevrilən Vəfa Aktuz bu il Türkiyə Böyük Millət Məclisinə seçkidə iştirak etmək arzusundadır.
Oxu.Az xəbər verir ki, Diasporla İş üzrə Dövlət Komitəsinin İctimai TV ilə ortaq layihəsi olan “Vətən uzaqda deyil” proqramının keçənilki buraxılışlarından biri Vəfa Aktuzun olduqca maraqlı həyatına həsr olunub. Soydaşımızın siyasi fəaliyyətə başlamaq arzusu, ictimai sahədə fəallığını daha da artırması mövzunu yenidən diqqət mərkəzinə gətirib. Qeyd edək ki, Vəfa Aktuz Türkiyədə müalicə alan azərbaycanlı qazilərə psixoloji və mənəvi dəstək göstərməsilə də böyük rəğbət qazanıb.
“Vətən uzaqda deyil” proqramının soydaşımıza və onun həyatda ən böyük dayağı olan türk həyat yoldaşına həsr olunan buraxılışını aşağıdakı linkdən izləmək olar.