• Ç. Noy 27th, 2024

AzQAC: “Keçid üçün şərait yaradılsa, ərzaq yükünün erməniəsilli sakinlərə çatdırılmasını təmin edəcəyik”

ByYenigun.news

Sen 9, 2023


Bütün lazımi şəxsi heyət ilə bərabər 12-ci gündür ki, burada gözləyirik. Hələ ki, heç bir yenilik yoxdur.

Bunu APA-nın Qarabağ bürosuna açıqlamasında Azərbaycan Qızıl Aypara Cəmiyyətinin (AzQAC) baş katibi Ceyhun Mirzəyev deyib. O bildirib ki, Rusiya sülhməramlılarının komandanlığı ilə müvafiq danışıqlar aparılsa da, hələlik qarşı tərəfdən lazımi cavab gəlməyib:

“Ərzaq yükünün keçidi üçün Rusiya sülhməramlı kontingenti tərəfindən heç bir məlumat daxil olmayıb. Biz hələ də zəng gözləyirik. Əgər keçid üçün şərait yaradılsa, dərhal müsbət reaksiya verəcəyik və ərzaq yükünün erməniəsilli sakinlərə çatdırılmasını təmin edəcəyik”.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir