• Bz. Apr 20th, 2025

Bəzi seçki dairələrinin tərkibində dəyişiklik edilib

ByYenigun.news

Dek 31, 2023


33 saylı Xətai birinci, 36 saylı Xətai Suraxanı, 71 saylı Cəlilabad şəhər seçki dairələrinin tərkibində dəyişiklik edilib.

Oxu.Az xəbər verir ki, bununla bağlı Mərkəzi Seçki Komissiyasının (MSK) bu gün keçirilən iclasında qərar qəbul edilib.

MSK katibi Arifə Muxtarovanın təqdimatına əsasən, adıçəkilən seçki dairələrinin həlledici səs hüququna malik olan bəzi üzvləri öz istəyi ilə azad edilib. Onların əvəzinə yeni üzvlər təyin edilib. Qərar səsverməyə çıxarılaraq, qəbul edilib.

Aysel Aslan

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir