“Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafına dair 2023-2027-ci illər üçün Dövlət Proqramı”ı çərçivəsində Babək şəhərinin baş planı hazırlanacaq.
“Report” xəbər verir ki, Babək şəhərinin dörd küçəsi – Cəlil Məmmədquluzadə, Məmməd Səid Ordubadi, Hüseyn Cavid, M.Hüseynzadə küçələrində quruculuq işləri başa çatıb.
Məhəllələrin hər birində yollar ən müasir standartlar əsasında yenidən qurulub, səkilər salınıb, hasarlar üzlənib və boyanıb, işıqlandırma sistemləri qurulub. Sözügedən ərazilərdə yolların kənarlarında ümumilikdə 1 315 metrlik su kanalları salınıb, divarlar boyanıb, piyada keçidləri yaradılıb, müvafiq yerlərdə tramplinlər yerləşdirilib.