• Bz. Noy 24th, 2024

Bakı-Berlin münasibətlərinin arasında maneə tikmək cəhdi: Sorosun fondları hərəkətə keçiblər – ŞƏRH

ByYenigun.news

Mar 5, 2024


Milyarder Corc Sorosun liderliyi altında fəaliyyət göstərən Açıq Cəmiyyət fondları Azərbaycana qarşı hərəkət proqramını indi də “mədəni irs” trayektoriyasına salırlar.

Azərbaycanla Almaniya arasında intensiv müzakirələr getdiyi, Berlinlə Bakının qarşılıqlı ehtiyaclardan doğan gündəliyi masaya qoyduqları bir zamanda Soros Fondu prosesi zədələməyə cəhd edir.

Berlində martın 6-sı üçün “Artsaxın mədəni irsi” adlı ermənipərəst tədbir planlaşdırılır ki, onun da maliyyə yükü Soros Fondunun üzərinə düşür.

Tədbirin narrativi Sorosa məxsus fondların mədəniyyət diplomatiyasındakı ermənipərəst rolunu bir daha qabardır. 

Lakin Almaniya Azərbaycanlıları Alyansı və bir sıra QHT Almaniyanın Xarici Əlaqələr Şurası və Konrad Adenauer Fondunun rəhbərlərinə açıq məktub ünvanlayaraq etirazlarını çatdırıblar.

Çünki nəzərdə tutulan tədbirin mahiyyəti nə beynəlxalq orijinallıq, nə də obyektivlik normalarına riayət edir.

Bu addımın məramı mədəni təmsilçilik pərdəsi altında Azərbaycanın Qarabağ və Şərqi Zəngəzur İqtisadi rayonlarına “erməni irsli” proqram yükləməkdir.

Üstəgəl, başa düşmək çətin deyil ki, həmin məzmunlu tədbir Azərbaycanın tarixi və mədəni povestini potensial olaraq erməni ideologiyasının xeyrinə təhrif etməyi hədəfləyir.

Deməli, tədbirin mahiyyəti regionun mədəni mənzərəsi ilə bağlı mübahisələr yaratmaqla, onu dərinləşdirməklə geosiyasi məqsədlər güdür.

Düzdür, tədbir baş tutsa belə, o, Cənubi Qafqazdakı reallıqlara təsir etməyəcək və Azərbaycan-Almaniya münasibətlərində potensial fəsadlar nəzərə çarpmayacaq.

Lakin Almaniya hökuməti də üzərinə düşən məsuliyyəti dərk etməlidir. Berlin Bakı ilə əlaqələrin inkişafında səmimidirsə, o zaman:

– Tədbirə cəlb olunmuş alman institutlarının erməni təbliğatının tərəfində durmaları barədə onları xəbərdar edə bilər,

– Tədbirin Azərbaycan-Almaniya münasibətlərinə təsiri kontekstini təhlil edib Bakıya izahlar təqdim edə bilər.

Aqşin Kərimov

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir