• Ca. Noy 28th, 2024

Bakı, Sumqayıt və Xırdalanda avtobusların elektron ödənişə keçidi ilə bağlı YENİLİK

ByYenigun.news

Apr 3, 2024

Nazirlər Kabineti “Müntəzəm sərnişin daşımalarının həyata keçirilməsi nəzərdə tutulan avtonəqliyyat vasitələrinin gediş haqqının elektron qaydada ödənilməsi üçün ödəniş alətləri ilə təchiz olunması halları”nı təsdiq edib.

Bununla bağlı Baş nazir Əli Əsədov yeni qərar imzalayıb.

Qərara əsasən, həmin hallar aşağıdakılardır:

– Bakı, Sumqayıt və Xırdalan şəhərlərinin inzibati-ərazi vahidləri daxilində şəhərdaxili (rayondaxili) müntəzəm sərnişin daşımalarının həyata keçirildiyi halda;

– Bakı, Sumqayıt və Xırdalan şəhərlərinin inzibati-ərazi vahidləri arasında şəhərlərarası (rayonlararası) müntəzəm sərnişin daşımalarının həyata keçirildiyi halda;

Digər inzibati ərazi vahidləri üzrə müntəzəm sərnişin daşımalarının həyata keçirilməsi nəzərdə tutulan avtonəqliyyat vasitələrinin gediş haqqının elektron qaydada ödənilməsi üçün ödəniş alətləri ilə təchiz olunması “Avtomobil nəqliyyatı haqqında”qanunun 28.3-cü maddəsinə uyğun təşkil edilir.

Qeyd. Digər inzibati ərazi vahidləri üzrə müntəzəm sərnişin daşımalarının həyata keçirilməsi nəzərdə tutulan avtonəqliyyat vasitələrinin gediş haqqının elektron qaydada ödənilməsi üçün ödəniş alətləri ilə təchiz olunması “Avtomobil nəqliyyatı haqqında” Azərbaycan Respublikası Qanununun 28.3-cü maddəsinə uyğun təşkil edilir.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir