• Be. Noy 25th, 2024

Baş katib: “Orta Dəhliz TDT-yə üzv ölkələrə fayda gətirəcək” – VİDEO

ByYenigun.news

Mar 4, 2023

“Orta Dəhliz Türk Dövlətləri Təşkilatının (TDT) bütün üzv ölkələrinə fayda gətirəcək”.

Bu barədə Təşkilatının baş katibi Kubanıçbek Omuraliyev martın 3-də “Trend”ə açıqlamasında deyib.

Baş katibin sözlərinə görə, Ukrayndakı müharibənin fonunda ənənəvi yollar bağlandığından Orta Dəhliz getdikcə aktuallıq qazanır.

“Orta Dəhliz, əlbəttə, ilk növbədə bizim ölkələrə və bütünlükdə regiona fayda gətirəcək. Bu yaxında Azərbaycan, Türkiyə və Türkmənistan prezidentləri bu məsələni müzakirə ediblər”, – Omuraliyev deyib.

O, bundan əvvəl Səmərqənd şəhərində keçirilən Şanxay Əməkdaşlıq Təşkilatının (ŞƏT) sammitində TDT ölkələrinin ərazisindən keçərək Avropaya uzanan Çin-Qırğızıstan-Özbəkistan dəmir yolu layihəsi ilə bağlı mühüm sənədin imzalandığını xatırladıb.

“Bu layihənin reallaşmasının birinci mərhələsi artıq başlayıb. Nəqliyyat dəhlizlərinin bu kimi layihələri çox aktualdır və təkcə bizim ölkələrə deyil, bütünlükdə regiona fayda gətirəcək”, – Omuraliyev əlavə edib.

Qeyd edək ki, hazırda Orta Dəhliz Avropaya ən qısa və daha qənaətli marşrut təklif edir.

Bu ay ərzində Azərbaycanda dəhlizin keçdiyi ölkələrin gömrük xidmətlərinin rəhbərlərinin iştirakı ilə Orta Dəhliz vasitəsilə tranzit prosedurlarının sadələşdirilməsi və unifikasiyası üzrə böyük konfransın keçirilməsi planlaşdırılır. Konfransda bu ölkələrin gömrük xidmətləri ilə birgə görülməli tədbirlər müzakirə olunacaq.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir