• Şb. Dek 27th, 2025

Baş nazir Əli Əsədov Nobel sülh mükafatı laureatı Kailaş Satyarti ilə görüşüb

Byadmin

Mar 13, 2023

Azərbaycan Respublikasının Baş naziri Əli Əsədov martın 13-də ölkəmizdə səfərdə olan Nobel sülh mükafatı laureatı Kailaş Satyarti ilə görüşüb.

Bu barədə Nazirlər Kabineti məlumat yayıb.

Görüşdə X Qlobal Bakı Forumunun önəmi vurğulandı, çox sayda ölkədən tanınmış siyasi və ictimai xadimlərin burada iştirakı tədbirin nüfuzunun göstəricisi kimi dəyərləndirildi.

Nobel sülh mükafatı laureatı Kailaş Satyartinin 40 ildən çoxdur ki, dünya miqyasında uşaq əməyinin istismarına qarşı mübarizənin liderlərindən biri kimi fəaliyyəti yüksək qiymətləndirildi.

Eyni zamanda digər aktual mövzular ətrafında müzakirələr aparıldı.