• Bz. Noy 3rd, 2024

Baş nazir: “Ərzaq təhlükəsizliyinin təmin edilməsini Prezident hökumət qarşısında strateji vəzifə kimi qoyub”

ByYenigun.news

Mar 17, 2023


“Rusiya-Ukrayna müharibəsi dünyanın ərzaq bazarında görünməmiş şok yaradıb”. 

Oxu.Az-ın məlumatına əsasən, bunu Baş nazir Əli Əsədov Milli Məclisin iclasında Nazirlər Kabinetinin  2022-ci ildəki fəaliyyəti barədə hesabatı təqdim edərkən deyib. 

Baş nazir bildirib ki, Azərbaycanda ərzaq təhlükəsizliyinin təmin edilməsi Prezident tərəfindən hökumət qarşısında strateji vəzifə kimi qoyulub. 

Əli Əsədov qeyd edib ki, Rusiya-Ukrayna müharibəsi səbəbindən dünya iqtisadiyyatında baş verən dəyişikliklərə baxmayaraq, Azərbaycanda iqtisadi artım davam edib. 

“2022-ci ildə ölkədə 133,8 milyard manatlıq ümumi daxili məhsul (ÜDM) istehsal olunub, il ictimai həyatın bütün sahələrində aparılan islahatlarla yadda qalıb”, – deyə o qeyd edib. Hazırda strateji valyuta ehtiyatlarımız 62,5 milyard ABŞ dolları təşkil edir”, – deyə o əlavə edib.

Aqşin Kərimov

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir