Ukraynanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Vladislav Kanevski, Moldova Respublikasının ölkəmizdə fövqəladə və səlahiyyətli səfiri Aleksandr Esaulenko, Gürcüstanın Azərbaycandakı səfiri Zurab Pataradze Şəhidlər xiyabanını ziyarət ediblər.
Bu barədə Vladislav Kanevski “Facebook” hesabında paylaşım edib.
“Qara Yanvar” kimi tanınan 20 Yanvar 1990-cı il Azərbaycan tarixinin ən faciəli günlərindən biridir.
Məhz 1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə totalitar sovet maşını sovet ordusunun hərbi hissələrinə Bakıya daxil olmağı və dövlətinin müstəqilliyi və suverenliyi uğrunda mübarizə aparan Azərbaycanın dinc əhalisinə qarşı həyasızcasına qətliam törətmək barədə cinayət əmri verib.
O dəhşətli gecədə 147 mülki şəxs öldürülüb, 744 günahsız şəhər sakini yaralanıb, 400-dən çox insan qanunsuz olaraq həbs edilib.
Lakin totalitar rejim Azərbaycan xalqının iradəsini və ruhunu qıra, qorxuda, müstəqillik susuzluğunu boğa bilmədi.
Tezliklə Qara Yanvar hadisələri Sovet İttifaqının digər əsarət altında olan ölkələrində, o cümlədən Ukraynada müstəqillik hərəkatlarının güclənməsinə təkan verdi, bu ölkələrin xalqına çoxdan gözlənilən azadlığı verdi.
Başınız sağ olsun, unutmadıq”, – deyə o sosial şəbəkə hesabında yazıb.