“İnanıram ki, bu gün Heydər Əliyev irsinin qorunması uğrunda səylər davam edəcək”.
“Report” xəbərinə görə, bunu Albaniya Prezidenti Bayram Beqay Bakıda keçirilən “Heydər Əliyev 100: Həyatı və irsi” adlı tədbirdə deyib.
Onun sözlərinə görə, Heydər Əliyev xalqlarımızın və bölgənin inkişafı üçün böyük töhfələr verib: “O, daim Azərbaycanın gələcəyi üçün düşünüb. Heydər Əliyev bütün imkanlarını ölkənin gələcəyi üçün səfərbər edib”.