• Bz. Noy 24th, 2024

Belarus XİN-dən erməni həmkarlarına tutarlı cavab: “Lukaşenkonun yanaşması reallığa əsaslanır”

ByYenigun.news

Noy 2, 2022

Belarus Prezidenti Aleksandr Lukaşenkonun Ermənistan-Azərbaycan münaqişəsinə yanaşması reallığa əsaslanır, başa düşülən və müttəfiqliyə uyğun şəkildə dürüstdür.

Bu barədə Belarus Xarici İşlər Nazirliyinin mətbuat katibi Anatoli Qlaz Ermənistan Xarici İşlər Nazirliyinin mətbuat katibi Vaan Unanyanın Belarus prezidenti Aleksandr Lukaşenkonun münasibətlərin normallaşması prosesi ilə bağlı mövqeyi barədə sözlərini şərh edərkən bildirib.

“Bilirsiniz, Ermənistan Xarici İşlər Nazirliyi çox orijinal mövqe tutub. Belarus bütün tarixi boyu sözdə deyil, əməldə müttəfiqlik öhdəliklərinə sadiqliyini təsdiqləyib”, – Qlaz bəyan edib.

O vurğulayıb ki, Belarus prezidentinin səsləndirdiyi yanaşmalar reallıqdan kənar deyil, əksinə, reallığa əsaslanır, anlaşılan və müttəfiqliyə uyğun şəkildə dürüstdür.

“Xatırlatmaq istərdim ki, Belarus tərəfi ardıcıl olaraq Qarabağ münaqişəsinin sülh yolu ilə həllinin tərəfdarı olub, bu məqsədlə bütün mövcud formatlarda – həm çoxtərəfli, həm də ikitərəfli formatda mühüm səylər göstərib”, – sözçü əlavə edib.

Onun sözlərinə görə, Azərbaycan və Ermənistanın rəhbərləri Cənubi Qafqazın bütün xalqları üçün səmimi sülh və firavanlıq istəyinə, Azərbaycan-Ermənistan münasibətlərinin normallaşmasına şəxsi töhfəsinə görə Belarus dövlətinin başçısına minnətdardırlar.

“Ona görə də dostlarımıza və tərəfdaşlarımıza Belarus dövlətinin başçısının bu çətin, lakin tamamilə həll oluna bilən məsələ ilə bağlı çoxsaylı çıxışlarını diqqətlə oxumağı və yenidən nəzərdən keçirməyi tövsiyə edirik”, – deyə Qlaz yekunlaşdırıb.

Mənbə: TASS

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir