• Be. Noy 25th, 2024

Beynəlxalq əlaqələr üzrə professor: “İslamofobiya siyasi məqsədlər üçün uydurulmuş məfhumdur”

ByYenigun.news

Mar 8, 2024


“İslamofobiya siyasi məqsədlər üçün uydurulmuş məfhumdur” .

“Report” xəbər verir ki, bu barədə Qətər Beynəlxalq Siyasət Araşdırmaları Mərkəzinin araşdırma direktoru, beynəlxalq əlaqələr üzrə professor Bülent Aras Bakıda “Müxtəlifliyin qorunması: 2024-cü ildə islamofobiya ilə mübarizə” mövzusunda keçirilən beynəlxalq elmi konfransın “Multikulturalizm, islam və sivilizasiyalar toqquşması nəzəriyyəsi: islamofobiyanın yenidən düşünülməsi” adlı plenar iclasda çıxışı zamanı deyib.

Onun sözlərinə görə, islamofobiya siyasətçilərə manipulyasiya üçün kifayət qədər gözəl vasitə verir:

“Beynəlxalq sistem artıq böhran içindədir. Hazırda dünya təkqütblülükdən çoxqütblülüyə keçir. Bu isə nəzarətsizlik, xaos, qarışıqlıq deməkdir. Bütün bunlar gələcək üçün təhlükəli perspektivdir. Dünyada baş verən münaqişələrə baxsaq, islamofobiya rəsmi şüarlara çevrildiyini görərik. Sözsüz ki, sözügedən təhlükələrin qarşısı alınmalıdır. İslamofobiyaya qarşı hansı tədbirləri görə biləcəyimizi ətraflı düşünməliyik”.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir