• Şb. Sen 20th, 2025

Beynəlxalq elmi-praktik konfransın iştirakçıları Heydər Əliyevin məzarını ziyarət ediblər

ByYenigun.news

Sen 15, 2023


Azərbaycan Respublikası Prezidentinin 2022-ci il 29 sentyabr tarixli “Azərbaycan Respublikasında 2023-cü ilin “Heydər Əliyev İli” elan edilməsi haqqında” Sərəncamına uyğun olaraq, Azərbaycan Respublikasının Hesablama Palatası və Auditorlar Palatasının birgə təşkilatçılığı ilə 2023-cü il 15 sentyabr tarixində Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş “Dayanıqlı inkişaf. Hesabatlılıq. Şəffaflıq” mövzusunda beynəlxalq elmi-praktik konfrans öz işinə başlayır.

Oxu.Az-ın məlumatına görə, konfrans iştirakçıları Fəxri xiyabanda ümummilli lider Heydər Əliyevin məzarını ziyarət ediblər. Nümayəndə heyəti Heydər Əliyevin məzarı önünə əklillər qoyub, onun xatirəsini ehtiramla anıb.

İlhamə Əbülfət