Türkiyənin hakim Ədalət və İnkişaf Partiyasının (AK Parti) sədr müavini, keçmiş Baş nazir Binəli Yıldırım 20 Yanvar – Ümumxalq Hüzn Günü ilə bağlı başsağlığı verib.
Yıldırım bu barədə özünün “Twitter” hesabında paylaşım edib.
“1990-cı il yanvarın 20-də Azərbaycanın azadlığına doğru gedən yolda canlarını fəda edən qardaşlarımızı rəhmətlə yad edirəm”, – deyə o, paylaşımında qeyd edib.
20 Ocak 1990’da Can #Azerbaycan’ın azadlığa giden yolunda canlarını feda eden kardeşlerimizi rahmetle anıyorum. ????#20Yanvar #QaraYanvar
— Binali Yıldırım (@BY) January 20, 2023