• Şb. Dek 27th, 2025

BMT Azərbaycanda azad edilmiş iki kəndin layihələndirilməsinə dəstək göstərəcək

Byadmin

Dek 22, 2023


“UN-Habitat” (BMT-nin Məskunlaşma Proqramı) Azərbaycanın işğaldan azad edilmiş ərazilərində olan kəndlərdən ikisinin lahiyələndirilməsində iştirak edəcək”.

“Report” xəbər verir ki, bunu Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri Anar Quliyev deyib.

O bildirib ki, “UN-Habitat” tərəfindən layihələndiriləcək kəndlərin biri dağlıq, digəri isə düzənlik ərazidə yerləşir.

A.Quliyev vurğulayıb ki, “UN-Habitat”ın təşəbbüsü ilə insanyönümlü “ağıllı şəhər”lər üzrə beynəlxalq təlimat hazırlanmasına başlanılıb və bunun üçün geniştərkibli ekspertlər qrupu formalaşıb. Həmin qrupa iki Azərbaycan eksperti də daxildir.