BMT baş katibi Antonio Quterreş Qoşulmama Hərəkatının Əlaqələndirici Bürosunun Nazirlər İclasına müraciət ünvanlayıb.
Oxu.Az-ın məlumatına əsasən, bu barədə Azərbaycanın BMT-dəki daimi nümayəndəsi Yaşar Əliyev bildirib.
Müraciəti BMT-nin Cenevrə ofisinin baş direktoru Tatyana Valovaya oxuyub.
Baş katib Azərbaycanın son 4 ildə Qoşulmama Hərəkatına uğurlu sədrlik etdiyini bildirib.
O, müraciətində konfliktlərin, iqtisadi böhranların, iqlim dəyişikliyinin qlobal ictimaiyyəti təhdid etdiyini bildirib.
“Biz çalışırıq ki, münaqişələr, böhranlar BMT Nizamnaməsinə uyğun şəkildə həll edilsin. İndi nüvə ritorikaları da güclənir ki, bu, daha təhlükəlidir”, – deyə müraciətdə qeyd olunub.
Baş katib qeyd edib ki, qlobal həmrəylik vacibdir və bu işə Qoşulmama Hərəkatı töhfə verir.