• Ca. Okt 31st, 2024

BMT-də Azərbaycanın gender bərabərliyi mövzusunda təcrübələrindən danışılıb – FOTO

ByYenigun.news

Mar 11, 2023

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədr müavini Sədaqət Qəhrəmanova BMT Baş Assambleyasının Gender bərabərliyinə nail olmaq üçün “Qadınların innovasiya və texnoloji dəyişikliklər və rəqəmsal texnologiyalar əsrində təhsili” mövzusunda Qadınların Statusu üzrə Komissiyanın 67-ci sessiyasında çıxış edib.

“Report” xəbər verir ki, S.Qəhrəmanova çıxışında Azərbaycanın gender bərabərliyi mövzusunda qazandığı təcrübələrdən danışıb:

“Bu gün informasiya və kommunikasiya texnologiyaları cəmiyyətin sosial-iqtisadi inkişafında əsas rol oynayır və gender bərabərliyinin, eləcə də qadınların səlahiyyətlərinin artırılmasının amillərindən biridir. Gender bərabərliyinin hərtərəfli təmini Azərbaycan dövlətinin məqsədlərindəndir. Azərbaycanda gender (kişi və qadınların) bərabərliyinin təminatları haqqında Qanun cəmiyyətin bütün sahələrində gender faktorunun daxil edilməsinə, kişilər və qadınlar arasında bərabərsizliyin qarşısının alınmasına zəmanət verib.

Hər il Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi bu qanunun icrası ilə bağlı ölkə parlamentinə hesabat təqdim edir ki, bu da həm dövlət strukturlarında, həm də özəl sektorda gender təhlilini aparmağa imkan verir”.

Sədr müavini çıxışında Azərbaycanda bütün dövlət proqramlarına daxil edilən gender layihələrindən və qadınları ölkənin sosial-iqtisadi və siyasi həyatının bütün sahələrində daha geniş və daha effektiv iştiraka cəlb etmək üçün həyata keçirilən işlərdən də danışıb:

“Azərbaycanda 2025-ci ilə qədər gender bərabərliyi üzrə milli fəaliyyət planı layihəsi hazırlanıb. Məişət zorakılığı qadınların və qızların inkişafına təsir edən amillərdən biridir. Ölkədə zorakılığa məruz qalan qadınlara kömək etmək üçün “qaynar xətt”lər fəaliyyət göstərir. Bütün icra orqanlarında gender zorakılığı və uşaqlara qarşı zorakılıq üzrə monitorinq qrupları fəaliyyət göstərir. Qadınların iqtisadi imkanlarını gücləndirmək üçün xüsusi işlər aparılır”.

S.Qəhrəmanova 2011-ci ildən etibarən Dövlət Komitəsi ilə BMT-nin sıx əməkdaşlıq etdiyini deyib və qadınların kənd yerlərində iqtisadi və sosial iştirakını təşviq etmək üçün icra olunan layihədən bəhs edib:

“Layihə çərçivəsində 17 qadın resurs mərkəzi açılıb. Ölkədə “Beynəlxalq Qadınlar Günü” hər il qeyd olunur. İşğaldan azad olunmuş ərazilərdən olan qadınların bacarıqlarını təkmilləşdirmək məqsədi daşıyan çoxsaylı tədbirlər həyata keçirilir.

Təhsil sahəsində də qızların və qadınları aktivliyini təmin etmək məqsədi ilə ölkədə çoxsaylı layihələr reallaşdırılır. Belə ki, 2022-ci ildə ölkə başçısı xarici ölkələrin nüfuzlu universitetlərində gənclərin təhsil alması üçün 5 illik dövlət proqramını təsdiqlədi. Qeyd etmək istəyirəm ki, əvvəlki dövlət proqramında təqaüd qazanan abituriyentlərin 30 %-i qızlar olub. Eyni zamanda Elm və Təhsil Nazirliyi tərəfindən STEAM layihəsi həyata keçirir ki, bu sahədə də uğurlarımız olduqca çoxdur”.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir