• Ça. Dek 23rd, 2025

BMT missiyası növbəti dəfə Qarabağa gəlib

Byadmin

Okt 9, 2023


BMT missiyası növbəti dəfə Qarabağa gəlib.

APA-nın Qarabağ müxbiri xəbər verir ki, missiyanın üzvləri bu gün səhər saatlarında Ağdamdan keçərək, Əsgəran-Xankəndi istiqamətində hərəkət ediblər.

Missiyanın məqsədi yerdə vəziyyətlə tanış olmaq, sakinlərin humanitar ehtiyaclarını müəyyənləşdirməkdir.

Missiyanın tərkibinə BMT-nin müxtəlif qurumlarının nümayəndələri daxildirlər.

Qeyd edək ki, BMT missiyası oktyabrın 1-də də Qarabağa səfər edib.