• C. Noy 29th, 2024

BMT rəsmisi: “Antiterror tədbirləri Ermənistanın təxribatlarının qarşısının alınması məqsədi daşıyır”

ByYenigun.news

Sen 22, 2023


“Sentyabrın 19-da Azərbaycan iki mülki vətəndaşın və dörd polis əməkdaşının faciəvi ölümünə cavab olaraq Qarabağda antiterror tədbirlərinə başlayıb. Antiterror tədbirləri Ermənistan silahlı qüvvələrinin genişmiqyaslı təxribatlarının qarşısının alınması məqsədi daşıyır”.

“Report” xəbər verir ki, bunu BMT baş katibinin Avropa, Mərkəzi Asiya və Amerika üzrə köməkçisi Miroslav Yença BMT Təhlükəsizlik Şurasının Qarabağla bağlı keçirdiyi iclasında çıxışı zamanı deyib.

Onun sözlərinə görə, Qarabağın erməni sakinlərinin nümayəndələri ilə dialoq Ermənistan və Azərbaycanın normallaşma prosesində tam iştirak etməsi irəliyə doğru yeganə davamlı yoldur.

Diplomat bildirib ki, BMT aidiyyəti tərəflərlə sıx əlaqə saxlayacaq və lazım gəldikdə davam edən sülh səylərini dəstəkləyəcək.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir