IX Qlobal Bakı Forumunun başlaması münasibətilə Böyük Britaniyanın Baş naziri Boris Conson Azərbaycan Prezidenti İlham Əliyevə məktub göndərib.
Bu barədə Böyük Britaniyanın Azərbaycandakı səfiri Ceyms Şarp “Twitter” hesabında paylaşım edib.
“Məktub mühüm məsələləri əhatə edir: Ukrayna, enerji təhlükəsizliyi və yaşıl enerji, minatəmizləmə, iqtisadiyyatın bərpası və Azərbaycanın NATO-ya dəstəyi”, – deyə səfir qeyd edib.
9-cü #GlobalBakuForum-unun başlaması münasibətiylə ??-nın Baş Naziri @BorisJohnson ?? @presidentaz Əliyevə məktub göndərib. Məktub mühüm məsələləri əhatə edir: ??, enerji təhlükəsizliyi & yaşıl enerji, minatəmizləmə, iqtisadiyyatın bərpası və ??-ın NATO-ya dəstəyi. Daha ətraflı? pic.twitter.com/n0Iw5n3SFG
— James Sharp (@JamesSharpFCDO) June 16, 2022