• Şb. Noy 2nd, 2024

Boris Conson Ukraynaya səfər etməyi planlaşdırır

ByYenigun.news

Yan 13, 2023

Böyük Britaniyanın keçmiş baş naziri Boris Conson Ukrayna Prezidenti Volodimir Zelenski ilə görüşmək üçün Kiyevə getməyə hazırlaşır.

Bu barədə “The Guardian” öz mənbələrinə istinadən xəbər verib.

Conson bildirib ki, səfərinin məqsədi kimi Ukraynaya dəstəyini nümayiş etdirməkdir.

Ukraynadakı mənbələr də keçmiş baş nazirin Kiyevə gəlməyi planlaşdırdığını bildiriblər, lakin səfərin tarixi ilə bağlı hələlik konkret məlumat yoxdur. Onların sözlərinə görə, Zelenski və Conson bir-birilərini dost hesab edirlər.

Xatırladaq ki, Böyük Britaniyanın keçmiş baş naziri Kiyevin fəxri vətəndaşıdır.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir