G7 xarici işlər nazirləri Rusiyadakı vəziyyəti müzakirə ediblər.
Bu barədə Avropa İttifaqının Xarici siyasət və Təhlükəsizlik məsələləri üzrə Ali Nümayəndəsi Jozep Borrel “Twitter”də bildirib.
“Rusiyadakı vəziyyətlə bağlı fikir mübadiləsi aparmaq üçün G7 xarici işlər nazirləri ilə danışdım. Bazar ertəsi Aİ Xarici Əlaqələr Şurasının görüşündən əvvəl Avropa İttifaqı daxilində koordinasiya aparıram və biz böhrana cavab mərkəzini aktivləşdirmişik. Ukraynaya dəstəyimiz dayanmadan davam edir”, – Borrel bildirib.
Had a call with @G7 Foreign Ministers to exchange views on the situation in Russia.
Ahead of Monday’s EU Foreign Affairs Council, I am coordinating inside the European Union and have activated the crisis response centre.
Our support to Ukraine continues unabated.
— Josep Borrell Fontelles (@JosepBorrellF) June 24, 2023