Beynəlxalq Qırmızı Xaç Komitəsi (BQXK) “Laçın” sərhəd-buraxılış məntəqəsindən 17 nəfəri Ermənistana aparıb.
Ermənistan KİV-in məlumatına görə, gün ərzində bundan öncə müalicə üçün aparılmış 17 nəfəri və onları müşayiət edən səkkiz şəxsi geri qaytarmaq planlaşdırılır.
13:52
Qarabağın erməni əhalisinin Beynəlxalq Qırmızı Xaç Komitəsinin (BQXK) vasitəçiliyi ilə Laçın-Xankəndi yolunun başlanğıcında yaradılmış sərhəd-buraxılış məntəqəsindən sərbəst keçidinə imkan yaradılıb.
APA xəbər verir ki, erməni sakinlərin “Laçın” sərhəd-buraxılış məntəqəsində sənədləri yoxlanıldıqdan sonra maneəsiz keçidi təmin edilib.