30 və 31 avqust tarixlərində Beynəlxalq Qızıl Xaç Komitəsinin (BQXK) nümayəndələri avqustun 28-də saxlanılan 3 şəxsə baş çəkiblər.
Bunu APA-nın sorğusuna cavab olaraq BQXK-nın Azərbaycan nümayəndəliyinin ictimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri İlahə Hüseynova deyib.
O bildirib ki, saxlanılanlarla təkbətək görüş keçirilib və onlara ailələri ilə əlaqə yaratmaq imkanı yaradılıb.
Xatırladaq ki, 2021-ci ildə bəzi kütləvi informasiya vasitələrində və müxtəlif sosial media səhifələrində erməni futbolçularının Azərbaycan Dövlət Bayrağı barədə təhqiredici hərəkətlər etmələrini əks etdirən videogörüntülər yayılmışdı.