• C. Noy 22nd, 2024

Britaniya Azərbaycanda minatəmizləmə əməliyyatlarına 500 min funt sterlinq ayırdı – FOTO

ByYenigun.news

İyn 30, 2022

“Biz birlikdə regionda sülh üçün çalışmağa davam edirik”.

Bu sözləri Böyük Britaniyanın Azərbaycandakı səfiri Ceyms Şarp “Twitter” hesabında qeyd edib.

“Böyük Britaniya XİN regionda minatəmizləmə fəaliyyəti üçün əlavə 500 000 funt sterlinq ayrıldığını elan etdi. İnanıram ki, bu vəsait Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyinə (ANAMA) mülki əhali arasında riskləri azaltmağa və insanlara öz həyatlarını yenidən qurmağa imkan verəcək”, – deyə C.Şarp bildirib.

 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir