• Ç. Okt 29th, 2025

Britaniya səfiri Bakıdakı partlayışla əlaqədar başsağlığı verdi – FOTO

ByYenigun.news

Apr 4, 2022

Böyük Britaniyanın Azərbaycandakı səfiri Ceyms Şarp Bakıda gecə klubunda baş vermiş partlayışla bağlı başsağlığı verib.

Bu barədə Britaniya səfiri “Twitter” hesabında yazıb.

“Aprelin 3-də Bakıda baş vermiş qaz partlayışı ilə əlaqədar insan itkisinə görə dərin hüznlə başsağlığı verir və zərərçəkənlərin hamısına şəfa diləyirəm”, – deyə o bildirib.