• C. Sen 19th, 2025

Britaniya səfiri Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş ağacəkmə aksiyasında iştirak edib – FOTO

ByYenigun.news

Apr 29, 2023


Böyük Britaniyanın Azərbaycandakı səfiri Fergus Auld ümummilli lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş ağacəkmə aksiyasında iştirak edib.

Bu barədə səfir öz “Twitter” hesabında yazıb.

“Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov və ekologiya naziri Muxtar Babayev ilə birgə Heydər Əliyevin 100 illiyinə həsr olunmuş ağacəkmə tədbirində iştirak etdim. Ətraf mühit üçün faydalı bir gün oldu”, – paylaşımda deyilir.