Böyük Britaniyanın ölkəmizdəki səfiri Fergus Auld Novruzun sonuncu çərşənbəsi – İlaxır çərşənbə münasibətilə Azərbaycan xalqını təbrik edib.
Səfir bu barədə “Twitter” hesabında paylaşım edib.
O, bu çərşənbənin torpağı simvolizə etdiyini xatırladıb.
Səfir, həmçinin plastik paketlərin istifadəsi ilə bağlı qəbul edilən yeni qanundan söz açıb:
“Plastik paketlər torpağı zədələyir. Eyni zamanda Azərbaycanın gözəl təbiətini çirkləndirir”.
Diplomat hər kəsi plastikdən istifadəni azaltmağa çağırıb:
“Torpağımızı, planetimizi qorumaq üçün plastikdən istifadəni azaltmalıyıq”.
İlaxır Çərşənbəniz mübarək!
🌱🌱🌱Torpağımızı, planetimizi qorumaq üçün plastikdən istifadəni azaltmalıyıq. pic.twitter.com/pRD0GMlHRu
— FergusAuldFCDO (@FergusAuldFCDO) March 14, 2023