• Ç. Noy 27th, 2024

Britaniya səfiri: “Ukraynaya verdiyi dəstəyə görə Azərbaycana təşəkkür edirik”

ByYenigun.news

İyn 22, 2023


“Ukraynanın bərpası istiqamətində Azərbaycanın verdiyi dəstəyə görə təşəkkür edirik”.

APA xəbər verir ki, bunu Britaniyanın Azərbaycandakı səfiri Ferqus Auld Böyük Brtaniya Kralı III Çarlzın doğum günü ilə bağlı mərasimdə çıxışında deyib.

“Bu il Rusiyanın Ukraynaya işğalçı hücumundan bir il ötdü. Mən şadam ki, Azərbaycan və Ukrayna Prezidentləri bu il Kişiniyovda görüşdü. Azərbaycan XİN rəhbəri Londonda keçirilən Ukraynanın Bərpası Konfransında iştirak etdi və o, ukraynalı həmkarı ilə görüşdü. Azərbaycana Ukraynanın yenidən qurulması istiqamətində İrpinin bərpasına verdiyi və verəcəyi yardıma görə təşəkkür edirik”, – səfir bildirib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir