• Bz. Sen 21st, 2025

Britaniya səfirliyi Ağdam-Xankəndi yolunun açılmasını alqışlayır – FOTO

ByYenigun.news

Sen 13, 2023


“Ağdam-Xankəndi yolundan Qarabağdakı ermənilərə humanitar yardım aparan Rusiya Qızıl Xaç Cəmiyyətinə məxsus yük maşının keçidini alqışlayırıq”.

Bu barədə Böyük Britaniyanın Azərbaycandakı səfiri Fergus Auld özünün “X” sosial şəbəkə hesabında bildirib.

“Növbəti addım kimi, BQXK-nın Ağdam-Xankəndi və Laçın yolundan istifadə edərək Qarabağa humanitar yardımları çatdırmasını dəstəkləyirik”, – deyə diplomat qeyd edib.