Böyük Britaniyanın Azərbaycandakı səfiri Fergus Auld Azərbaycanın İrandakı səfirliyinə silahlı hücumla bağlı paylaşım edib.
Bu barədə o, “Twitter” hesabında yazıb.
“Azərbaycanın İrandakı səfirliyinə silahlı hücum edilməsi və səfirlik əməkdaşının qətlə yetirilməsi xəbəri məni sarsıtdı. Qətlə yetirilən şəxsin ailəsinə baş sağlığı verir, yaralılara şəfa diləyirəm”, – deyə o qeyd edib.
Azərbaycanın İrandakı səfirliyinə silahlı hücum edilməsi və səfirlik əməkdaşının qətlə yetirilməsi xəbəri məni sarsıtdı.
Qətlə yetirilən şəxsin ailəsinə baş sağlığı verir, yaralılara şəfa diləyirəm.— FergusAuldFCDO (@FergusAuldFCDO) January 27, 2023