• Ça. Dek 23rd, 2025

Britaniyalı deputat: “Cəsur insanlar Ağdamda minaları təmizləyirlər” – VİDEO

Byadmin

Apr 19, 2023


Birləşmiş Krallıq Parlamentinin Azərbaycanla parlamentlərarası dostluq qrupunun rəhbəri Bob Bləkmən ötən həftə Azərbaycana səfəri zamanı Ağdamda minatəmizləmə prosesini izləyib.

Bu barədə siyasətçi özünün “Twitter” hesabında məlumat verib.

“Ağdamda minalardan təmizləmə sahəsində nəzarətli partlayış baş verib. Erməni qüvvələri tərəfindən Azərbaycan ərazisinə bir milyondan çox mina qoyulub. İndi cəsur insanlar onları təmizləyirlər ki, azad edilmiş ərazilər yaşayış binaları və kənd təsərrüfatı üçün istifadə olunsun”, – deyə Bləkmən bildirib.