Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Böyük Britaniyaya səfər edərək Xəzər Bağlantı Konfransına qatıldı və Avropa üzrə Dövlət katibi Leo Dokerti ilə müzakirələr apardı.
Məsələ Böyük Britaniyanın “Azərbaycan gündəliyi”ni və onun perspektivlərini dəyərləndirmək imkanı verir.
Niyə Böyük Britaniyanın xarici siyasət kursunun narrativləri Azərbaycan üçün önəmlidir və Bakı Londonun gözündə hansı çəkiyə malikdir?
Azərbaycan-Britaniya əməkdaşlığı artıq ikitərəfli və çoxtərəfli müdafiə tərəfdaşlığı konsepsiyası çərçivəsinə salınır, çünki Londonun qlobal maraqlarında Cənubi Qafqaz lövhəsi xüsusi qabarıqlaşır.
London regiondakı iştirakını iqtisadi layihələr üzərindən təmin edərək bunu xarici siyasətinin gündəmlərindəki meyillərə doğru dartır.
Böyük Britaniya üçün Cənubi Qafqazda Azərbaycanın məxsusi çəkisi var, çünki Azərbaycanın regional geosiyasi alətləri Londona daha uzunmüddətli əməkdaşlıq qurması üçün yaxşıca fürsətlər tanıyır.
İndi Bakı ilə London arasındakı dialoq fürsətlərin ikitərəfli münasibətlərin strateji mərhələsindəki kritik praktiki və əsaslı təzahürlərinə baxışı əks etdirir.
Böyük Britaniya regional tərəfdaşları həssaslıqla seçir, onları özünün qlobal nüfuzuna potensial zərərlərin qarşısını almaqda vasitə kimi qiymətləndirir.
Qiymətləndirmənin göstərilməsi üçün tərəfdaş ölkələrə, o cümlədən Azərbaycana külli miqdarda sərmayə yatıraraq regional təhlükəsizlik lövhələrinin iqtisadi əsaslarını formalaşdırır. Həmin tendensiya Azərbaycandan Avropaya yaşıl enerjinin ixracı kontekstində də Britaniya üçün əhəmiyyət kəsb edir.
Bu, Böyük Britaniyanın genişlənmə və müdafiə qabiliyyətini gücləndirmək üçün möhkəm istehkamdır.
Azərbaycan isə regional oyunçu olmaq istiqamətində irəliləyir və London Bakının xarici siyasətindəki hərəkətliliyi, müdafiə qüdrətinin gücləndirilməsini diqqətlə izləyir.
Bakı ilə London bunların perspektivini müzakirə etməkdən ötrü masaya oturmaqla güclü siqnal göndərirlər.
Qısası, Böyük Britaniya Avropa İttifaqını tərk etdikdən sonra Asiya üzrə maraqlarını təmin etmək məqsədilə təkbaşına getmədiyini nümayiş etdirmək üçün Azərbaycanı da layiqli yerə qoyur.
Azərbaycanla Britaniyanın əməkdaşlığı Rusiyanın Ukraynaya hərbi müdaxiləsinə cavab olaraq güclü alətlər dəsti yaradıb, tədricən bir neçə pillə irəliləyə bilər.
Lakin baxmaq lazımdır ki, regionda digər maraqlı qüvvələr – Britaniyanın aşkar və gizli rəqibləri hansı havanı çalacaqlar – xüsusilə Zəngəzur dəhlizi layihəsi çərçivəsində…
Aqşin Kərimov