• Bz. Noy 24th, 2024

“Bu, Böyük Qayıdışın tərkib hissəsidir” – RƏY

ByYenigun.news

İyn 28, 2022

“Ölkə başçısı İlham Əliyevin Şərqi Zəngəzura növbəti səfəri çərçivəsində gördük ki, həmin ərazilərin yenidən qurulması istiqamətində işlər daha da genişlənir. Bu proses yeni bir mərhələyə qədəm qoymaqdadır”.

Bu fikirləri “Report”a açıqlamasında deputat Cavid Osmanov deyib.

“Səfər bu dəfə Göygöl, Kəlbəcər və Laçın rayonlarını əhatə edirdi. Burada xüsusi bir məqam ondan ibarətdir ki, sərhədlərimizin möhkəmləndirilməsində böyük əhəmiyyət kəsb edən tədbirlər həyata keçirilir. Burada yeni komando hərbi birliklərinin formalaşmasını müşahidə etdik. İlk belə hərbi birliyin formalaşmasını ötən il gördük. Bu proses onu göstərir ki, Azərbaycan dövləti Müzəffər Ali Baş Komandanımızın rəhbərliyi ilə 44 günlük Vətən müharibəsindən sonra da hərbi gücümüzü daha da artırmaqla milli təhlükəsizliyimizi, ölkəmizin müstəqilliyini və suverenliyin müdafiəsi istiqamətində mühüm addımlar atır. Həmçinin hərbi birləşmələrimiz, ümumiyyətlə Silahlı Qüvvələrimiz daha da modernləşməkdədir”, – o, əlavə edib.

Deputat bildirib ki, dövlət başçısının növbəti dəfə işğaldan azad olunmuş ərazilərimizə səfəri çərçivəsində bir sıra vacib infrastruktur obyektləri, nəhəng yenidənqurma və bərpa işlərinin şahidi olduq:

“Burada həmçinin Kəlbəcərin baş planının hazır olması, eyni zamanda bir sıra yol-nəqliyyat infrastrukturunun, tunellərin qurulması ön planda idi. İstisu sanatoriyasının yenidən qurulmasının təməlqoyma mərasimi, Laçın Beynəlxalq Hava Limanının tikintisi, eləcə də sərhədlərimizdə daha güclü hərbi birləşmələrimizin formalaşmasının şahidi olduq. Bu, bir daha onu göstərir ki, Azərbaycan çox güclü liderə sahibdir. Prezident İlham Əliyevin şəxsində ölkəmiz daha güclü iqtisadiyyata malikdir və müasir və güclü orduya malik olaraq yenidənqurma və bərpa işlərini sürətlə həyata keçirməkdədir”

“Digər bir tərəfdən işğaldan azad olunmuş ərazilərimizdə yeni infrastruktur layihələrin həyata keçirilməsi, yeni yüksək gərginlikli elektrik enerji təchizatının həyata keçirilməsi mühüm amillərdəndir. Baxmayaraq ki, bu işlə çox ağır şərtlərlə həyata keçirilir. Həmin ərazilərin təbii relyefi, yüksək dağlıq ərazi olması, Murov dağı aşırımından tikinti materiallarının daşınması və s. bütün bunlar çətin olsa da, Azərbaycan dövləti Prezident İlham Əliyevin rəhbərliyi ilə nə qədər güclü və qüdrətli olduğunu göstərir. Bu işlərin hər biri yüksək keyfiyyət və sürətlə həyata keçirilir. Həyata keçirilən tədbirlər bir daha onu göstərir ki, Böyük Qayıdışın tərkib hissəsi olaraq Kəlbəcər əhalisinin də doğma vətənə köçürülməsi addım-addım yaxınlaşır. Eyni zamanda burada Zəfər və işğal muzeyinin yaradılması, zavodların, yeni elektrik stansiyalarının qurulması, digər sosial təyinatlı obyeklərin tikintisi bir daha Böyük Qayıdışın tərkib hissəsi kimi qiymətləndirilməlidir.

İşğaldan azad olunmuş ərazilərdə bu qədər nəhəng və yenidənqurma işlərinin dünya gözü qarşısında həyat keçirilməsi onu göstərir ki, Azərbaycan güclü liderə malikdir, Prezident İlham Əliyev şəxsində və güclü liderin rəhbərliyi altında Azərbaycan daha da inkişaf edir”.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir