Bu gün Laçına daha bir neçə ailənin köçürülməsinə başlanıb.
“Report” xəbər verir ki, bu gün 79 nəfərdən ibarət 22 ailə doğma yurduna geri dönür.
Köçürülən ailələr Laçında vaxtilə yaşadıqları, işğala son qoyulduqdan sonra dövlət başçısının göstərişi əsasında bərpa edilən və ya yenidən tikilən evlərdə məskunlaşacaqlar.
Qeyd edək ki, köç Qaradağ rayonundakı “Qobu Park – 3” yaşayış kompleksindən Laçına yola salınır.