• Bz. Noy 3rd, 2024

Bu il Laçına ilk köç nəzərdə tutulur

ByYenigun.news

Mar 17, 2023


2023-cü ilin sonuna qədər laçınlıların birinci qrupunun Laçın rayonun Zabux və Sus kəndlərinə köçürülməsi nəzərdə tutulur.

Oxu.Az-ın məlumatına əsasən, bunu Baş nazir Əli Əsədov Milli Məclisin iclasında deyib.

O bildirib ki, Zabux və Sus kəndlərində 296 ailənin məskunlaşması nəzərdə tutulur.

Qeyd edək ki, 2022-ci ilin mayın 27-də Zəngilan rayonunun Ağalı kəndində “Ağıllı kənd” layihəsinin birinci mərhələsi üzrə açılış mərasimi həyata keçirilib.

Birinci mərhələdə 66 ailənin (326 nəfər), indiyə qədər isə 86 ailənin (420 nəfər) Ağalıya köçürülməsi təmin olunub.

2023-cü il martın 16-da Tərtərin Talış kəndinə ilk 20 ailənin köçürülməsi həyata keçirilib.

Talış kəndində də evlərin bölgüsü məcburi köçkünlərə yeni yaşayış sahələrinin verilməsinin hazırda qüvvədə olan qaydaları əsasında, şəffaflıq və ədalətlilik prinsipləri əsasında, püşkatma ilə aparılıb.

Aqşin Kərimov

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir