“Bu il Şuşada 17 binadan ibarət yaşayış kompleksinin tikintisinə başlanılacaq”.
APA xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Azərbaycan Prezidentinin Şuşa rayonundakı xüsusi nümayəndəsi Aydın Kərimov Bakıda keçirilən 2-ci Azərbaycan Milli Şəhərsalma Forumunda deyib.
O bildirib ki, 10 binadan ibarət yeni mərkəzi küçə gələn ilin may ayında istifadəyə veriləcək:
“İlin sonunda Şuşada ilk yaşayış kompleksinin inşası başa çatacaq və qısa müddət sonra 400-ə yaxın ailənin Şuşaya köçürülməsi təmin olunacaq. Şuşada abidələrin, xüsusilə də dini abidələrin bərpası uğurla davam etdirilir”.
Aydın Kərimov Yuxarı Gövhərağa və Saatlı məscidinin bərpa olunduğunu da deyib:
“Güman edirəm ki, gələn il – islam dünyasının mədəniyyət paytaxtı ili üçün Aşağı Gövhərağa məscidinin bərpası yekunlaşacaq”.