• C. Noy 29th, 2024

Buyar Osmani: “ATƏT Azərbaycanda minatəmizləmə, yaşıl liman və digər layihələrə töhfə verə bilər”

ByYenigun.news

Apr 12, 2023


“ATƏT Azərbaycanda humanitar minatəmizləmə, yaşıl liman və digər praktiki layihələrə töhfə verə bilər”.

AZƏRTAC xəbər verir ki, bu barədə ATƏT-in fəaliyyətdə olan sədri Buyar Osmani Prezident İlham Əliyev ilə görüşdə bildirib.

Buyar Osmani qeyd edib ki, Şimali Makedoniya ATƏT-in sədrliyi çərçivəsində “Hər şey insanlar üçün” konsepsiyasını əsas götürüb və sədrlik prosesində də bu əsasda insanlara köklənən siyasətin həyata keçirilməsi istiqamətində çalışıb.

Ölkə daxilində və regionda postmünaqişə şəraitində barışığın təmin olunması istiqamətində həyata keçirilən layihələr barədə məlumat verən ATƏT-in sədri diqqətə çatdırıb ki, Şimali Makedoniya bu xüsusda əldə etdiyi təcrübəni Cənubi Qafqaz regionu ilə də bölüşməyə hazırdır.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir