• Şb. Noy 23rd, 2024

Cəmşid Naxçıvanski adına Hərbi Lisey Milli Müdafiə Universitetinin tabeliyinə verilib

ByYenigun.news

İyl 1, 2022

Cəmşid Naxçıvanski adına Hərbi Lisey Müdafiə Nazirliyinin strukturuna daxil olan Milli Müdafiə Universitetinin tabeliyində fəaliyyət göstərən xüsusi təyinatlı tam orta ümumtəhsil müəssisəsi olacaq.

Bu barədə Nazirlər Kabineti məlumat yayıb.

“Cəmşid Naxçıvanski adına Hərbi Liseyin Nizamnaməsi”ndə müvafiq dəyişiklikləri Nazirlər Kabineti təsdiq edib.

Dəyişikliyə əsasən, lisey öz fəaliyyətində Azərbaycan Respublikasının Konstitusiyasını, Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələri, Azərbaycan Respublikasının qanunlarını, Azərbaycan Respublikası Prezidentinin fərman və sərəncamlarını, bu Nizamnaməni, Azərbaycan Respublikası Nazirlər Kabinetinin digər qərar və sərəncamlarını, Azərbaycan Respublikası Müdafiə Nazirliyinin və Azərbaycan Respublikası Təhsil Nazirliyinin normativ hüquqi aktlarını, Azərbaycan müdafiə nazirinin əmr və sərəncamlarını, həmçinin Universitet rektorunun əmr və göstərişlərini rəhbər tutur.

Bundan başqa, liseyin rəisi Universitet rektorunun vəsatəti ilə müdafiə nazirinin təqdimatına əsasən Azərbaycan Respublikasının Prezidenti tərəfindən vəzifəyə təyin və vəzifədən azad edilir.

Həmçinin mülki işçiləri Azərbaycan Respublikası Əmək Məcəlləsinin tələblərinə uyğun olaraq Universitetin rektoru ilə razılaşdırdıqdan sonra işə qəbul və işdən azad edir.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir