Çətin həyat şəraitində hesab edilən şəxslərin kateqoriyası genişləndirilib.
“Report”un xəbərinə görə, bu, Prezident İlham Əliyevin təsdiqlədiyi “Sosial xidmət haqqında” qanuna dəyişiklikdə əksini tapıb.
Dəyişikliyə əsasən, cinsi istismar və ya cinsi zorakılıq qurbanı olan uşaq çətin həyat şəraitində olan şəxs (ailə) hesab ediləcək.