“Bu dəqiqə çoxsaylı TIR-lar Sədərək gömrüyündədir”.
Bunu Türkiyənin Azərbaycandakı səfiri Cahid Bağçı jurnalistlərə açıqlamasında deyib.
O bildirib ki, vətəndaşlar əllərindən gələni edirlər:
“Bəziləri qida məhsulları, bəziləri əşyalar gətirirlər. Bəziləri də burada gətirilən əşyaların çeşidlənməsi və toplanaraq TIR-lara yüklənməsinə könüllü sürətdə kömək edirlər. Gecədən yuxusuz qalan vətəndaşlar var, hər birinə təşəkkür edirik”.
Könül Cəfərli