Azərbaycan Prezidenti İlham Əliyevin Almaniyaya səfərini iki sözlə xarakterizə etmək olar: dəqiqlik və enerji.
Azərbaycan xarici siyasətinin əsas keyfiyyətlərindən biri kimi dəqiqlik və Almaniya mentalitetinin özəyi kimi dəqiqlik…
Enerji anlayışı isə bu kontektdə geniş mənalar ehtiva edir.
Bu barədə “Caliber”in “YouTube” kanalında yayımlanan növbəti buraxılışda qeyd olunub.
Azərbaycan Avropaya enerji resurslarının mühüm tədarükçüsüdür. Almaniya Azərbaycan neftinin idxalçısıdır. Bundan əlavə, Almaniyanın “Uniper” şirkəti Avropaya nəql olunan Azərbaycan qazının alıcısıdır.
Eyni zamanda Almaniya Azərbaycan Respublikasında bütün bərpaolunan enerji layihələrinə sərmayə qoyur. İlham Əliyevin Berlinə səfərinin ilk günü, həmçinin Almaniyanın aparıcı enerji şirkətlərinin nümayəndələri ilə görüşü məhz bu məsələlərin, eləcə də bir çox digər məsələlərin müzakirəsinə həsr olunub.
Daha ətraflı videosüjetdə: