• Be. Dek 22nd, 2025

Cavanşir Feyziyev parlamentdəki vəzifələrinin birindən məhrum olacaq

Byadmin

Apr 14, 2022

Azərbaycan-Böyük Britaniya parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri dəyişdirilir.

Oxu.Az-ın məlumatına əsasən, bununla bağlı Milli Məclisin sabahkı iclasında məsələ müzakirəyə çıxarılacaq.

Qrupa Soltan Məmmədovun rəhbər seçiləcəyi gözlənilir.

Qeyd edək ki, “dostluq qrupunun” hazırkı sədri Cavanşir Feyziyevdir.

Bundan başqa, Azərbaycan-Mavritaniya parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri də dəyişdiriləcək. Həmin qrupa rəhbər kimi Sadiq Qurbanovun namizədliyi irəli sürülüb.

Hazırda isə həmin qrupun rəhbəri Sevinc Hüseynovadır.

Aqşin Kərimov