• Ça. Noy 26th, 2024

Çavuşoğlu Azərbaycan səfirliyinə hücumdan danışıb: “Bu cür təxribatlara boyun əyəcək millət deyilik”

ByYenigun.news

Avq 8, 2022

“Azərbaycanın Londondakı səfirliyinə hücum qəbuledilməzdir”.

Bunu APA-nın İstanbul müxbirinə Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu deyib.

“Ceyhun bəylə danışdım, edə biləcəyimiz bir şey varmı deyə soruşdum. O, hər şeyin nəzarət altına alındığını, bunu törədən bəzi şəxslərin saxlanıldığını dedi. Biz bu cür təxribatlara boyun əyəcək millət və dövlətlər deyilik. “Bir millət, iki dövlətik”, hər zaman Azərbaycanın yanındayıq”, – XİN rəhbəri vurğulayıb.

Bundan başqa, nazir qeyd edib ki, diplomatik missiyaların qorunması Vyana konvensiyasına əsasən ev sahibi olan ölkənin məsuliyyətidir və bu cür təxribatlara yol verməmək üçün daha effektiv tədbirlər görülməlidir.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir